"Nazpərinin kölgəsində qalacaqsınız" - Xalq artistindən XƏBƏRDARLIQ

Xalq artisti Nazpəri Dostəliyeva "Rəngarəng səhər" proqramında sənət camiasında özünü ona bənzədən xanım ifaçılardan danışıb.

Titul.az xəbər verir ki, xanım sənətçi gənc həmkarlarına məsləhət görüb ki, özləri kimi görünməyə çalışsınlar:

"Salonda qızlar deyirlər ki, xanımlar gəlir ki, bizi Nazpəriyə oxşadın. Belə hallar çoxdur. Onları sevgi kimi qəbul edirəm. Demək məni sevirlər ki, özlərini mənə oxşadırlar. Sevməsəydilər, hər halda özlərini başqa müğənniyə bənzədərdilər. Bu, məndə qəcəq yaratmır, amma tövsiyə edirəm ki, özünüz olun, kölgədə qalmayın. Siz nAzpərinin kölgəsində qalacaqsınız, "Nazpəriyə oxşayan qız" kimi. Biri də var desinlər ki, filankəs müğənni. Bir ana, böyük bacı kimi sizin mənə olan sevginizin qarşılığı budur ki, siz kölgədə qalmayasınız".

 

Bizi Teleqramda İZLƏYİN

 

14:23 - 12 İyun 2024

Xəbər lenti