Türkiyənin Elazığ şəhərində zəlzələ qeydə alınıb.
Titul.az xəbər verir ki, yerli vaxtla saat 11.18 radələrində qeydə alınan zəlzələnin maqnitudası 3.6 bal gücündə olub.
Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsindən (AFAD) bildirib ki, zəlzələ yerin 10.9 km dərinliyində qeydə alınıb.
13:03 - 13 İyun 2024