Sülh müqaviləsi imzalanana, eləcə də sərhədlərin delimitasiyasına qədər Azərbaycanla kommunikasiyaların açılması tamamilə mümkündür.
Titul.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə deyib.
"Praktiki addımlarla real dünya formalaşdırmaq və daha sonra müqavilə imzalamaq tamamilə mümkündür. Lakin istənilən halda sülh müqaviləsi imzalanmalıdır", - o deyib.
14:02 - 12 İyun 2024