Bakı metrosunda qatarların sayı azaldılır - BU TARİXDƏN etibarən... (ÖZƏL)

 Bakı metrosunda qatarların sayı azaldılır - BU TARİXDƏN etibarən... (ÖZƏL)

Bakı metrosunda xəttə çıxan qatarların sayı azaldılacaq. 

Titul.az-ın əldə etdiyi məlumata görə, iyunun 20-si səhər saat 6-dan etibarən metropolitenin iş qrafiki dəyişəcək. 

Hazırda həftəarası iş günləri 30 cüt (Hər iki xətt üzrə birlikdə 1 saatda 60 qatar) iş qrafikindədirsə, ayın 20-dən etibarən həftə içi xəttə buraxılacaq qatarların sayı 24 cüt (1 saata 48 qatar) olacaq. İndi şənbə 24, bazar 20 cüt qatar xəttə olduğu halda qeyd edilən tarixdən etibarən isə həftə sonları bu rəqəm 20 cüt olacaq. 

Bu da qatarlar arasındakı intervalın təbii olaraq artacağı anlamına gəlir. 

Çox güman ki, belə bir qərar hər il olduğu kimi tədris mövsümünün başa çatması, habelə yay istirahəti dövrünün başlanması ilə əlaqədardır. Bundan dolayı Bakı metropolitenində qatarların hərəkət qrafikinin bu cür dəyişdirilməsi qərara alınıb. 

Bizi Teleqramda İZLƏYİN

23:18 - 11 İyun 2024

Xəbər lenti