İtkin düşən əsgərimizin nəşi tapıldı

 İtkin düşən əsgərimizin nəşi tapıldı

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

Titul.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünən Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşdüyünü, hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görüldüyünü açıqlamışdı.

12:00 - 11 İyun 2024

Xəbər lenti