"Mən artıq ciddi münasibət yaşayıram"
Titul.az xəbər verir ki, bunu Ayan Babakişiyeva qonağı olduğu "Xəbər var?" verlişində deyib.
Xanım müğənni özünə kişi axtaran müğənnilərdən olmadığını bildirib:
"Mən heç vaxt axtarışda olmamışam. Axtarışda olan qadın da deyiləm ki, axtarım. Çünki illərdir mən artıq sevirəm, önəmli olan - sevilirəm! Mənə dəyər verilir, mənim arxamda durur və mən çox rahatam. Bu cür həyat mənə çox rahatdır. Hiss edəndə ki, əsl xanım kimi davranılır mənimlə, onda daha güclü oluram".
21:38 - 7 İyun 2024