Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.
Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Əmrə əsasən, Namiq Poladov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Nazirin digər əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.
13:03 - 10 İyun 2024