Manaf Ağayev anasının son nəfəsində onun arzusunu yerinə yetirə bilmədiyini açıqlayıb.
Titul.az xəbər verir ki, məşhur müğənni açıqlayıb ki, illər əvvəl anası can üstündə olarkən arzu edib ki, oğlunu efirdə görsün. Həmin vaxt AzTV-nin efirinə çıxmaq üçün ifa ediləcək mahnılar senzuradan keçirildiyindən, Manafın mahnısına icazə verilməyib.
Müğənni çox kədərli halda evə dönərək anasına yalan danışmaq qərarına gəlib.
M.Ağayevin anasına yalandan 5-10 günə efirdə onun ifasını verəcəklərini bildirib:
"Bilirdim ki, 5-10 gün ömrü qalmayıb".
19:19 - 7 İyun 2024