"İnanırsan, oğlum axırı vaxtlar yuxuma gəlib deyir ki, "ata, az iç"".
Titul.az xəbər verir ki, bunu "Rəngarəng səhər"də aparıcının "oğlun yuxuna gəlirmi?" sualına cavab verən İbrahim Borçalı deyib.
Müğənni övlad itkisindən yaşadığı ağrı-acını bu sözlərlə ifadə edib:
"Kaş subay olardım, ailə qurmazdım, yaşadıqlarımı da yaşamayaydım. Bu acını qəbullanmayacağam. Bu il dörd ili tamam olacaq. Amma elə hiss edirəm ki, sanki heç 40 gün keçməyib. Deyirəm, gülürəm, evdə də rola girirəm ki, qızım, xanımım inciməsin. Gileylənirəm ki, bunu alacaqdınsa, niyə verirdin. Yuxuma çox girir. Son vaxtlar yuxuma gəlib deyir ki, ata, az iç. Son günümə qədər bununla barışmayacağam".
Qeyd edək ki, Rəhim 2 il əvvəl avtomobil qəzasında dünyasını dəyişib.
13:33 - 6 İyun 2024