O qədər arıqladı ki, Zaur onu tanıya bilmədi - 90 kilodan 58-ə düşdü - FOTOLAR

 O qədər arıqladı ki, Zaur onu tanıya bilmədi - 90 kilodan 58-ə düşdü - FOTOLAR

"Tanımadım. Bir dəfə olmusunuz bizim efirdə?".

Titul.az xəbər verir ki, bunu Zaur Kamal verlişində qonaq olan gənc ifaçı Könül Əliyeva barədə deyib.

Aparıcı studiyaya gələn müğənnini tanımaqda çətinlik çəkib. İfaçı bu qədər dəyişməyinin sirrini açıqlayıb:

"Bəli, qonaq olmuşa sizin verlişdə. Dəyişmişəm, çünki arıqlamışam. Çünki kök idim o zaman, 90 kilo idim, indi 58 kiloyam. 

Mədəkiçiltmə əməliyyatı oldum. 3 aydır əməliyyat olmuşam, 3 aydan sonra əminəm ki, özümü də tapa bilməyəcəm".

09:53 - 6 İyun 2024

Xəbər lenti