Mərhum sənətçi Emil Rəhmanovun xanımı Sabrina ilə birgə yaşadıqları ev satışa qoyulub.
Titul.az xəbər verir ki, mərhum sənətçinin müğənni xanımı özü bu barədə məlumat verib.
O bildirib ki, həmin mənzildə Emilin xatirəsi yaşayır:
"Paltarlarını necə qatlayıb qoyubsa, hətta corablarına kimi, hamısı eyni qaydada da qalıb, heç kim toxunmayıb onlara. Hətta maşında "duxusu", darağı da yerindədir. Ürəyim gəlmir onları atmağa, istəyirəm ki, evi dəyişim. Özümü dəyişdiyim kimi, hər şeyi sıfırdan başlamaq istəyirəm. Amma bu o demək deyil ki, Emil bizim yadımızdan çıxacaq".
Qeyd edək ki, Emil Rəhmanov keçən il - sentyabrın 19-u 2019-cu ildə vəfat edib.
Xatərladaq ki, Əməkdar artist Rəhman Rəhmanın müğənni oğlu Emil Rəhmanov uzun müddət narkotik asılılığından əziyyət çəkib, həbs həyatı yaşayıb. İlk evliliyindən bir övladı var. İkinci həyat yoldaşı isə müğənni Sabrina olub.
R. Rəhmanın digər oğlu isə 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edib.
22:23 - 5 İyun 2024