Ermənistanın 29,8 min kv.km ərazisindən danışanda bura Sovet dövründən Azərbaycana məxsus anklavlar daxil deyil.
Titul.az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan anklavların danışıqlar masasında olması ilə bağlı canlı yayımda Tavuşdan olan vətəndaşın sualına cavabında deyib.
O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün prinsiplərindən biri qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır: "Anklavların danışıqlar masasında olub-olmaması ilə bağlı sual var".
Bununla belə N.Paşinyan qeyd edib ki, Azərbaycan ərazisində də Ermənistanın anklavı var və bu məsələlər qarşılıqlı həll edilməlidir. Onun sözlərinə görə, gələcəkdə bu anklavlara gediş-gəlişin necə olacağını da düşünmək lazımdır.
00:45 - 25 Noyabr 2023