İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Titul.az-ın sorğusuna cavab olaraq bildirilib.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən Səbiyə Kazımova və Kəmalə Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma aparılır.
Qeyd edək ki, TƏBİB-dən Titul.az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Sadatlı kəndi ərazisində içərisində sərnişinlərin olduğu avtobusun qəzaya düşməsi səbəbilə xəsarət alan 9 nəfər (8 nəfəri qadın, 1 nəfəri kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. Onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.
14:23 - 6 İyun 2024