“Kişi səhnədə özünü qadın kimi aparmamalıdır” - SƏRT İTTİHAM - VİDEO

 “Kişi səhnədə özünü qadın kimi aparmamalıdır” - SƏRT İTTİHAM - VİDEO

"Mənim sözüm kişi müğənnilərədir. Hər şey öz qədərində daha gözəldir. Şou başqa şeydir. Mən bu şounun "anti" tərəfinin nə olduğunu bilmirəm. Amma yaxşı deyil".

Titul.az xəbər verir ki, bunu son zamanlar kəsərli açıqlamaları ilə diqqət çəkən müğənni Aydın Sani "Xəzər axşamı" verlişində deyib.

Müğənni həmkarlarının səhnədə özünü əks cinsin nümayəndələri kimi aparmalarını sərt tənqid edib:

"Mən heç zaman gözləmirdim ki, verilişə gələndə soruşum ki, "Digər qonaqlar kim olacaq?" Heç vaxtı o sual xoşuma gəlməyib. Çünki qarşı tərəfdə fikir oyadarsan ki "Səni dəvət edirik və sənə dəyər veririk". Mən axı verilişə gələndə niyə qaş qabaqlı oturum ki? Amma bəzən elə insanlarla bir araya gəlirik ki, o məni sıxır. Səhnədə xanımın xanım, kişinin kişi yeri olmalıdır. Kişi özünü xanım kimi aparmamalıdır".

Ətraflı videoda:

21:59 - 5 İyun 2024

Xəbər lenti