Juninyo "Qarabağ"dan ayrılır? - VİDA MESAJI GƏLDİ - FOTO

 Juninyo

"Qarabağ"ın hücumçusu Juninyo instaqram hesabında vida mesajını xatırladan paylaşımı ilə diqqət çəkib.

Titul.az xəbər verir ki, Ağdam klubunun "sambaçı" üzvü şəxsi hesabında, “Həyatımda hər şeyə görə Allaha şükür edirəm. Bu mövsüm üçün çox xoşbəxtəm. Amma yenə də “Qarabağ”la əldə etdiyimiz hər şeyə görə xoşbəxtəm. Təşəkkürlər”, - fikirlərindən ibarət post paylaşıb.

Qeyd edək ki, 27 yaşlı hücumçu 2023-cü il iyulunda Portuqaliya təmsilçisi “Şaveş”dən “Qarabağ”a transfer olunub. Onun "köhlənatlarla" müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Xatırladaq ki, Juninyonun bu mövsüm istər Premyer Liqada, istərsə də Avropa Liqasında göstərdiyi baxımlı futbol hücumçunun bir çox xarici klubların radarına düşməsinə səbəb olub.

00:16 - 6 İyun 2024

Xəbər lenti