Azərbaycanda dəhşətli AVTOBUS QƏZASI - Ölənlər və yaralılar var

 Azərbaycanda dəhşətli AVTOBUS QƏZASI - Ölənlər və yaralılar var

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Titul.az xəbər verir ki, rayonun Sadatlı kəndi ərazisində içərisində sərnişinlərin olduğu avtobus qəzaya düşüb.

Nəticədə 2 nəfərin öldüyü, çoxlu sayda yaralı olduğu deyilir.

Xəsarət alanlar hadisə yerinə gələn təcili tibbi yardım briqadaları vasitəsilə yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

11:40 - 6 İyun 2024

Xəbər lenti