Kəlbəcərdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlə bağlı nöqsanlar olduğunu əks etdirən kadrlar yayılıb.
Titul.az xəbər verir ki, 30 ildən sonra işğaldan azad edilən ərazilərin işıqlandırılmasını “Azərişıq” həyata keçirsə də, yayılan kadrlardan çox ciddi nöqsanlara yol verildiyi diqqətdən qaçmır.
Belə ki, relyefinə görə ən çətin ərazilərdən hesab edilən Kəlbəcərdə basdırılan işıq dirəklərinin diblərinin betonla bərkidildiyi səndemə sadəcə görüntüdür.
Bunu sözügedən kadrlar belə düşünməyə əsas verir. Məlum olur ki, dəmir dirəklərin mövcud relyefdə qəza vəziyyətinə düşməməsi üçün nəzərdə tutulan beton-bərkitmə tədbirləri başdansovdu edilib, əksəriyyətində heç betondan əsər-əlamət də yoxdur.
Bu da işğaldan azad olunan ərazilərimizdə sözügedən qurumun bərpa və yenidənqurma işləri üçün verilən tapşırıqları gözlənilən səviyyədə icra etmədiyini nümayiş etdirir.
Həmin kadrı təqdim edirik:
21:21 - 5 İyun 2024