Putin Şoyqunu İŞSİZ QOYMADI

 Putin Şoyqunu İŞSİZ QOYMADI

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin keçmiş müdafiə naziri Sergey Şoyquya yeni vəzifə verib.

Titul.az xəbər verir ki, Kreml rəhbəri onu hərbi sənaye kompleksinin inkişafı üzrə işlərin koordinatoru təyin edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin müdafiə naziri vəzifəsinə Andrey Belousovu gətirib. A.Belousov bundan əvvəl əvvəlki hökumətdə baş nazirin birinci müavini vəzifəsini tutub.

Xatırladaq ki, Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu hazırda Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini də tutur.

22:06 - 4 İyun 2024

Xəbər lenti