Fransada qəribə olay yaşanıb.
Titul.az xəbər verir ki, bir kişi 2700 dəfədən çox zəng edib və polisi təhdid edib.
Məlumata görə, 59 yaşlı Marsel sakini polisə zəng edərək operatoru hədələməyi artıq vərdişə çevirib. Gün ərzində bir neçə dəfə qaynar xəttə zəng edən kişi qəzəbli halda hüquq-mühafizə orqanlarının əməkdaşlarına hədə-qorxu gəlirmiş.
Nəhayət operatorları təhdid edən həmin şəxsin kimliyi müəyyənləşdirilib. Artıq polislər tərəfindən saxlanılan şəxsin evindən 100 qrama yaxın narkotik aşkar edilib.
Şübhəli barədə həbs-qətiimkan tədbiri seçilib.
12:07 - 4 İyun 2024