Xeyli vaxtdır efirlərdə görünməyən Afət Fərmanqızı üzə çıxıb.
Titul.az xəbər verir ki, xanım ifaçı 26 yaşında oğlu olduğunu və ona bu yaxınlarda nişan apardığını bildirib.
Afət bildirib ki, oğlu nişanlısı ilə universitetdə tanış olub, əslən Şamaxıdandırlar.
Afət oğlunun toy tarixi ilə bağlı isə "Ailəvi çox yaxın dostum var, onların hüzuru düşüb deyə, onun ili çıxandan sonra, gələn ilin fevralından sonra olacaq", - deyib.
Müğənni oğlunu göstərmək istəməsə də aparıcı Zaur Kamalın təkidi ilə onu tamaşaçılar Afətin telefonundan görə biliblər.
Afətin oğlunun fotolarını təqdim edirik:
21:34 - 4 İyun 2024