3 gün əvvəl Bakıda dəhşətli qəzada ölən gəncin ÜRƏKDAĞLAYAN VİDEOSU - Hiss edibmiş...

 3 gün əvvəl Bakıda dəhşətli qəzada ölən gəncin ÜRƏKDAĞLAYAN VİDEOSU - Hiss edibmiş...

İyunun 1-i səhər saat 08:00 radələrində paytaxtın Xəzər rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən 3 nəfərdən biri olan Fərid Hüseynovun ürəkdağlayan görüntüsü yayılıb.

Titul.az xəbər verir ki, kadrlardan göründüyü kimi, 23 yaşlı Fərid ölümündən əvvəl sanki başına gələcəyi hiss edibmiş kimi dostuna "İşdən çıxanda zəng edəssən, zəng çatmayacaq. Şəkillərimi maşından asassan, uşaqlarına danışassan ki, mənim bir uşaqlıq dostum var idi, öldü", - sözlərini söyləyir.

Həmin tükürpədici videonu təqdim edirik:

Qeyd edək ki, iyunun 1-i səhər saat 08:00 radələrində "Hundai Matrix" markalı, 10-CY-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ayxan Rəsulov idarəetməni itirərək əks istiqamətli hərəkət zolağına çıxıb və hərəkətdə olan "Hyundai Santafe" markalı, 77-HF-038 dövlət qeydiyyat nişanlı və "Daewoo" markalı, 99-MB-211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşub.

Qəza nəticəsində "Hundai Matrix" markalı avtomobilin sürücüsü A.Rəsulov, avtomobildə olan sərnişini İftixar İskəndərov və "Hundai Santafe" markalı avtomobilin sürücüsü Fərid Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.

18:51 - 4 İyun 2024

Xəbər lenti