Lənkəranda bu gün səhər saatlarında yeni doğulan körpə ölüb.
Titul.az xəbər verir ki, məlum olub ki, Lənkəranda doğuş zamanı ölən körpə tanınmış meyxanaçı Oruc Bayramsəsin (Oruc Lənkəranlı) övladı imiş.
Qeyd edək ki, Lənkəran Perinatal Mərkəzində dünyaya gələn oğlan uşağının ölümü ilə əlaqədar yaxınlarının dediyinə görə, uşaqda heç bir problem olmayıb. Uşaq qeysəriyyə əməliyyatı zamanı ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
15:18 - 4 İyun 2024