Naxçıvan Muxtar Respublikasında ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Titul.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasıv Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.
Sərəncama əsasən, 1992-ci il təvəllüdlü Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Qeyd edək ki, X.Mustafayev 20 may 2023-cü ildən bu təyinatadək Naxçıvan MR-in ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində çalışıb.
15:22 - 4 İyun 2024