Bakının Nizami rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.
Titul.az lent.az-a istinadən xəbər verir ki, “Siyaqut” şadlıq sarayının yaxınlığında gənc oğlan özünü hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerə atıb.
Bu zaman o, həmin binadan çıxan komendantın üzərinə düşüb.
Nəticədə hər iki şəxs hadisə yerində ölüb.
13:28 - 4 İyun 2024