İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xana dövlət sirrini açıqlanması ittihamı üzrə bəraət qazandırıb.
Titul.az xəbər verir ki, İslamabad şəhər məhkəməsi İmran Xana qarşı 2022-ci ilin payızında ƏH fəallarının hökumət əleyhinə yürüşü zamanı vandalizm aktları təşkil etmək ittihamını ləğv edib.
Qeyd edək ki, 2024-cü ilin yanvarında İmran Xan və eləcə də keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi dövlət sirri haqqında qanunu pozmaqda ittiham edilərək hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Fevralın əvvəlində məhkəmə keçmiş baş nazir və onun həyat yoldaşını qeyri-qanuni nikaha daxil olmaqda təqsirli bilib və onları yeddi il müddətinə azadlıqdan məhrum edib.
23:27 - 3 İyun 2024