Ötən gün Azərbaycan Kubokunun finalında "Qarabağ" "Zirə" ilə qarşılaşıb.
Titul.az xəbər verir ki, matçdan öncə Xalq artisti Aygün Kazımova konsert proqramı ilə çıxış edib.
Sənətçinin ifaları komandaların isinmə hərəkətləri ilə üst-üstə düşüb. Bu zaman Aygün topla ötürmələr edən "Qarabağ" oyunçularına mane olmağa çalışıb.
Ağdam təmsilçinin Xalq artistinin bu hərəkətlərini kənardan izləməyə üstünlük versələr də, komandanın 8 nömrəsi Marko Yankoviç dinc dayanmayıb.
Mərkəz yarlmmüdafiəçisi topu ona doğru hərəkət edən Aygün Kazımovanın ayaqları arasından keçirib. Onun bu addımı Xalq artistini də təəccübləndirib.
Həmin maraqlı kadrı təqdim edirik:
21:54 - 3 İyun 2024