Yoxa çıxan 16 yaşlı şagirddən PİS XƏBƏR GƏLDİ - Evlərinin yaxınlığındakı... - FOTO

 Yoxa çıxan 16 yaşlı şagirddən PİS XƏBƏR GƏLDİ - Evlərinin yaxınlığındakı... - FOTO

İzmirin Buca qəsəbəsində dünəndən etibarən yoxa çıxan 16 yaşlı məktəbli Hasan Hüseyin Kaynakın, yaxınları tərəfindən evlərinə 400 metr məsafədəki bir binanın avtodayanacağından cansız bədəni tapılıb.

Titul.az xəbər verir ki, Kaynakın bədənində göyərti izlərinin aşkar edilməsi onun qətlə yetirildiyi iddialarını daha da artırıb.

Meyit yarılmaq üçün ekspertizaya aparılıb.

İzmir polis araşdırmaya başlayıb.

Qeyd edək ki, Hasan Hüseyin Kaynak (16), dünən saat 16.00 radələrində ailə üzvlərinə Hasanağa Bağçasına gedəcəyini söyləyərək, evdən çıxıb. Ailənin iki uşağından büyüyü olan Kaynak axşam evə dönməyib, telefonuna da cavab verməyincə yaxınları vəziyyəti polisə bildiriblər. 

21:28 - 3 İyun 2024

Xəbər lenti