"Hamı sosial şəbəkədədir. Nə zamana gəlib çıxdıq. Sosial şəbəkənin TikTok tərəfi ilə razı deyiləm".
Titul.az xəbər verir ki, bu sözləri Mətanət Əliverdiyeva aparıcısı olduğu "Xəzər axşamı" verilişində bildiriib.
Xanım aparıcı TikTok sosial şəbəkə platformasının ailələrə mənfi təsiri olan tərəflərdən giley-güzar edib:
"Valideyn və bir tamaşaçı kimi deyim ki, hər gün aparıcı Lalə Azərtaşın "Təsir dairəsi" verilişindəki hadisələri görürəm, saçlarım biz-biz olur. Lalə məni verilişə çağırır, deyirəm ki, yox, gəlsəm sərt danışacağam. Nə qədər ki, TikTok var, Azərbaycan ailəsi belə olacaq. Çünki yerindən duran oradadır. Aləm dəyib biri-birinə. Cavan qızlar nələr edir orada. Sonra da deyirik ki, vay, bizim qızlar niyə belədir? Çox pis yoldasınız. Bunu bir valideyn, bacı və ana kimi deyirəm. 18-19 yaşlı qızın valideynləri nəzarət etməlidir. Telefonu verdim əlinə və getdi nə istədi etdi məsələsi deyil. Azərbaycan ailəsi TikTok-dakı nümunə deyil".
19:02 - 3 İyun 2024