Mətanət İsgəndərli keçmiş gəlininə ev hədiyyə edib.
Titul.az xəbər verir ki, bu barədə İsgəndərlinin keçmiş gəlini Canana (Aynur Vaqifqızı) "Elgizlə izlə" verilişində bildirib:
"Hər zaman Mətanət xanımın hörmətini saxlayıram. O mənim anamdır. Artıq mən Mətanət xanımın evində qalıram. Uşaqlarımın yanındayam. Bizə Mətanət xanım ev də alıb. Sağ olsun! Kaş ki, onunla aramızda bu kimi söhbətlər olmazdı. Lənət şeytana!" , - deyə, Canana söyləyib.
Qeyd edək ki, Əməkdar artistin oğlu Kərim və Canana artıq 3 ildir ki, rəsmi olaraq boşanıblar. Bundan sonra məhkəmənin qərarı ilə 3 övlad anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən almağı bacarıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və onun bu izdivacdan bir övladı var.
15:10 - 3 İyun 2024