Sevdiyi qızın görüşdüyü oğlanı şikəst etdi 

 Sevdiyi qızın görüşdüyü oğlanı şikəst etdi 

Rusiyada dəhşətli hadisə yaşanıb.

Titul.az xəbər verir ki, məzun keçmiş sevgilisinə və onun yeni sevgilisinə hücum edib. O, sevdiyi qızın yeni sevgilisinin barmaqlarını üzərindəki kəsici alətlə kəsib.

Qızın çiyinlərini, oğlanın isə qollarını, ayaqlarını və başını yaralayıb, həmçinin sağ əlindəki iki barmağını kəsib. Bundan sonra o, özü də hadisə yerinə təcili yardım və polis çağırıb, könüllü təslim olub.

Yeniyetmə olduğu deyilən oğlan keçmiş sevgilisi Arinanı çox qısqandığını və qəsdən qisas almağa getdiyini etiraf edib.

Qız yüngül xəsarətlərlə xilas olsa da, oğlanın barmaqlarının amputasiyası ilə yanaşı, ayağı sınıb, başında kəsilmiş-deşilmiş yaralar alıb.

11:52 - 3 İyun 2024

Xəbər lenti