Azərbaycanda dəhşətli hadisə: 5 nəfər maşınqarışıq çaya düşdü: 4-ü həlak oldu

 Azərbaycanda dəhşətli hadisə: 5 nəfər maşınqarışıq çaya düşdü: 4-ü həlak oldu

Kür çayının Tovuz rayonunun ərazisindən keçən hissəsində dəhşətli hadisə baş verib.

Titul.az referans.az-a istinadən bildirir ki, gecə saat 00 radələrində VAZ 2107 markalı avtomobildə olan 5 nəfər maşınqarışıq Kür çayına düşüblər. Avtomobil çaya düşən zaman onlardan biri özünü maşından ataraq xilas ola bilib. Digər 4 nəfər isə  maşınla bərabər suya düşərək boğulublar. 

Xəbərdə bildirilir ki, həmin şəxslər restorandan qayıdan zaman gecə qaranlığında yolu itiriblər və avtomobil çaya düşüb. Gecə saatlarından başlayan axtarış hələlik heç bir nəticə verməyib. Meyitlərin və avtomobilin axtarışı davam edir.

09:17 - 3 İyun 2024

Xəbər lenti