Xəzər dənizi sərhəddimizlə qonşu olan Qazaxıstanda Kanqyu dövləti dövrünə aid qızıldan qiymətli zinət əşyaları aşkar edilib.
Titul.az xəbər verir ki, xəzinə Türküstan bölgəsindəki Tolebaytobe qəbiristanlığında üç kurqanda aparılan qazıntılar zamanı ortaya çıxıb.
Arxeoloqların qənaətincə, tapılan bu qızıldan qiymətli zinət əşyaları təxminən 2 min il əvvələ aiddir.
Qeyd edək ki, Kanqyu dövləti eramızdan əvvəl III əsrlə eramızın V əsrləri arasında mövcud olub, Orta Asiyada geniş əraziləri tutub.
16:52 - 31 May 2024