“Əl-Hilal”ın vingeri braziliyalı dünya ulduzu Neymar komanda yoldaşı olan müdafiəçi Renan Lodidən qisası daha ağır olub.
Titul.az xəbər verir ki, braziliyalı hücumçu ayaqqabılarının bağını düyünləyərək onunla etdiyi bu zarafatına görə komanda yoldaşından belə qisas alıb.
Neymar Lodinin maşınına gələrək bıçaqla təkərləri deşib.
Bu addımına Neymar sosial şəbəkə hesabında “Bu gün ovlanırsan, sabah isə ovçusan. Biz kvitik”, - şərhini yazıb.
"Növbəti mövsüm uzundur, mən sizin “Rolls-Royce”u səbirsizliklə gözləyirəm!" - Lodi cavab verib.
13:30 - 31 May 2024