İş adamının qızını qaçırdılar - 5 il sonra ƏLƏ KEÇDİLƏR

 İş adamının qızını qaçırdılar - 5 il sonra ƏLƏ KEÇDİLƏR

Rusiyanın Smolensk şəhərində iş adamının qızını qaçırmaqda şübhəli bilinən üç nəfər saxlanılıb.

Titul.az xəbər verir ki, hüquq-mühafizə orqanları beş il əvvəl iş adamının qızını qaçırmaqda şübhəli bilinənləri ələ keçirib.

Qeyd edək ki, hadisə 2019-cu ilin sentyabr ayında baş verib. Şübhəlilər avtomobillə iş adamının azyaşlı qızının oxuduğu Safonovo şəhərindəki məktəblərdən birinə gəliblər. Qızı görən cinayətkarlardan biri özünü atasının tanışı kimi təqdim edərək məktəbli qıza evə getməyi təklif edib. 

Uşaq maşına minərkən cinayət ortaqları iş adamına zəng edərək, qızına fiziki xəsarət yetirməklə hədələyiblər. Bu yolla ondan sahib olduğu şirkətlərin və səhmlərin göstərilən şəxslərə yenidən qeydiyyata alınmasını tələb ediblər. Qızının həyatının təhlükədə olduğunu görən ata qorxusundan onların şərtlərinə əməl edib və uşağı sərbəst buraxıblar.

 

12:34 - 31 May 2024

Xəbər lenti