Sankt-Peterburqda bir kişi araq əvəzinə sirkə turşusu içdikdən sonra ölüb.
Titul.az xəbər verir ki, aparılan araşdırmalar sonrası məlum olub ki, həmin sirkəni onun stəkanına həyat yoldaşı töküb. Axşam saatlarında cütlük arasında münaqişə yaşanıb.
Bundan sonra qadın 54 yaşlı həyat yoldaşına "dərs vermək" qərarına gəlib və onun stəkanına arağa bənzəyən şəffaf maye süzüb.
Onu içən kişi həyatını itirib. Meyiti ögey oğlu aşkar edib.
12:09 - 31 May 2024