Türkiyədə 16 yaşlı qızın əməli eşidənləri dəhşətə gətirib.
Titul.az xəbər verir ki, Ərzurum şəhərində yeniyetmə qız qonaq gəldiyi nənəsinin evində dayısı ilə arasında yaranan münaqişə sonrası onu qətlə yetirib.
Ona qətlin izini itirməkdə digər dayısı kömək edib. Onlar köməkli öldürülən Murat T.-ni sürüyərək evdən çıxarıblar.
Artıq polislər tərəfindən saxlanılan 16 yaşlı İ.A barədə qəsdən adam öldürmə cinayətinə görə istinaq işi açılıb.
Araşdırma zamanı məlum olub ki, yeniyetmə 20-dən çox digər cinayətlərə görə axtarışda olub.
10:01 - 31 May 2024