Rusiya bu azərbaycanlıya ağır cəza verməyə hazırlaşır

 Rusiya bu azərbaycanlıya ağır cəza verməyə hazırlaşır

Rusiyanın Həştərxan vilayətində 32 yaşlı Azərbaycan vətəndaşını ağır cəza gözləyir.

Titul.az xəbər verir ki, azərbaycanlı gəncin təqsirləndirildiyi mefedronun qanunsuz satışı ilə bağlı cinayət işi üzrə istintaq başa çatıb.

Təqsirləndirilən bu şəxs 0,22 qram mefedronu 4000 rubla (təxminən 75 manat) satıb. Sövdələşmədən sonra o, narkotiklərə nəzarət əməkdaşları tərəfindən saxlanılıb. Təqsirləndirilən şəxs həm də narkomaniyadan əziyyət çəkir.

Xeyli miqdarda narkotik vasitələrin qanunsuz satışına görə təqsirləndirilən azərbaycanlını Rusiyada 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

08:12 - 31 May 2024

Xəbər lenti