Hazırda 3 mindən çox ukraynalı idmançı Ukrayna Silahlı Qüvvələrinin sıralarında silaha sarılıb vətənini müdafiə edir.
Titul.az xəbər verir ki, bunu Ukraynanın gənclər və idman naziri Matvey Bednıy açıqlayıb.
“Hazırda Ukrayna Silahlı Qüvvələrinin sıralarında 3 mindən çox idmançı var, onların əksəriyyəti könüllüdür, onlara baxaq, çünki onlar örnəkdirlər”, - deyə Bednıy çağırış edib.
Nazir Rusiya-Ukrayna müharibəsində həyatını itirən idmançıların da sayımnı açıqlayıb: "Təəssüf ki, müharibə artıq 462 ukraynalı idmançının, o cümlədən ağır atletika üzrə ikiqat Avropa çempionu Aleksandr Peleşenkonun həyatına son qoyub".
15:44 - 30 May 2024