Messi qol vurduğu oyunda məğlub oldu - İki ildən sonra...

 Messi qol vurduğu oyunda məğlub oldu - İki ildən sonra...

İngiltərəli futbol ulduzu Devid Bekhemin sahibi olduğu "İnter Mayami" MLS-in adi mövsüm oyununda "Atlanta"ya 1:3 hesabı ilə məğlub olub.

Titul.az xəbər verir ki, məğlub komandanın yeganə qolunu Lionel Messi vurub.

Qeyd edək ki, Messi son 2 ildə ilk dəfə qol vura bildiyi oyunda məğlub oldu.

Xatırladaq ki, sonuncu dəfə bu, Qətərdə keçirilən dünya çempionatında Argentinanın Səudiyyə Ərəbistanına məğlub olduğu (1:2) oyunda olub.

11:55 - 30 May 2024

Xəbər lenti