Taylandın Lopburi şəhərinin rəhbərıliyi nəzarətdən çıxan meymunları qəfəsə salmaq qərarı verib.
Titul.az xəbər verir ki, Lopburinin canlı cazibəsi hesab olunan meymunlar insanların onları yedirməsini artıq normal qarşılamağa başladıqları üçün onalrdan qormaq hisslərini də unudublar. ona görə də həm yerli sakinlər, həm də qonaqlar onları qidalandırırlar.
Sözügedən ərazidə yaşayan meymunlar yoldan keçənlərə hücum edir, dişləyir, əşyalara ziyan vururlar. Şəhərdə vəziyyət artıq fəlakətli hal alıb. Bununla bağlı mağaza və kafelər də bağlanıb, yollarda nəqliyyatın hərəkəti demək olar ki, dayanıb. Turistlər də cəsarətli meymunlardan qorxmağa başlayıblar.
Şəhər rəhbərliyi meymunların tutulması qərarına gəlib.
13:24 - 30 May 2024