"Bəs niyə Makronu qatil adlandırmırlar?"

"Fransa hərbçiləri bir dəfə Malidə toy məclisinin üzvlərini öldürdülər, bəs niyə prezident Emmanuel Makronu qatil adlandırmırlar?"

Titul.az xəbər verir ki, bunu Fransanın TF1 telekanalına müsahibəsində İsrailin baş naziri Benyamin Netanyahu Qəzza və Rəfahda dinc əhalinin kütləvi şəkildə öldürülməsi ilə bağlı ittihamlara münasibət bildirərkən deyib. 

Qeyd edək ki, İsrail ordusunun Rəfahda qaçqın düşərgəsinin bombalaması nəticəsində onlarla insan həlak olub.

Xatırladaq ki, Fransa ordusu 2021-ci ildə Malidə keçirdiyi əməliyyat zamanı toy məclisinə hücum ediblər. Həmin hücum nəticəsində 22 nəfər həlak olmuşdu. 

16:59 - 31 May 2024

Xəbər lenti