Bu da azərbaycanlı məşhurun Nyu-Yorkdakı restoranı - VİDEO

 Bu da azərbaycanlı məşhurun Nyu-Yorkdakı restoranı - VİDEO

Əməkdar artist Abbas Bağırov okeanın o tayına səfər edib.

Titul.az xəbər verir ki, Nyu-Yorka gedən Abbas orada qarşılaşdığı azərbaycanlı məşhuru kameraya çəkib.

Belə ki, məkanlardan birinə daxil olan Əməkdar artist orada artıq illərdir köçüb ABŞ-də yaşayan Elariz Məmmədoğlunun restoranda istirahət edənlər üçün mahnı ifa etdiyinə şahid olub. Restoranın Azərbaycan milli atributları ilə bəzədilməsi məkanın məhz Elarizə aid olduğu iddialarını artırıb.

Qeyd edək ki, 2017-ci ilin yazında Elariz Məmmədoğlunun xanımı “Green Card” lotereyasında qalib gəlib və onlar ABŞ-da daimi yaşamaq hüququ verən sənəd alıblar. 2019-cu ilin əvvəlində ABŞ-a köçən sənətçi dördüncü dəfə baba olub və Nyu-York restoranlarının birində özünə iş tapıb. O, Amerikada baş tutan bir çox azərbaycanlıların toylarını idarə edir.  

16:35 - 31 May 2024

Xəbər lenti