Türkiyənin Bursa şəhərində dəhşətli ailə faciəsi baş verib.
Titul.az xəbər verir ki, şəhərin Nilufər qəsəbəsində rəngsaz işləyən Murat Kılıç (39 yaş) yaşadığı evdə üç övladı – 11 yaşlı Zeynəb və 6 yaşlı Aslını bıçaqla, 6 yaşlı Məhəmmədəlini isə boğaraq öldürüb.
Murat Kılıç hadisəni törətdikdən sonra polisə məlumat verərək, təslim olub.
Məlum olub ki, Murat Kılıçın həyat yoldaşı Gülay Kılıç keçən il üç uşağını da ataraq, evdən gedib.
Faktla bağlı araşdırma aparılır.
14:07 - 31 May 2024