"Aygün Kazımova ilə o kadrlardan sonra həyatım dəyişdi" - FOTO

Vaxtı ilə Xalq artisti Aygün Kazımovanın "Şəklimi çək" klipində oynadığı obrazla məşhurlaşan gənc aktyor uzun illər sonra üzə çıxıb.

Titul.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramında qonaq olan aktyor Şamil Muradov bildirib ki, ekran işindən sonra həyatı dəyişib.

Şamil uzun müddətdir Rusiyada yaşadığını bildirib:

"Əvvəl Ülviyyə Könülün dəvəti ilə Aygün Kazımova ilə klipə çəkildim. Ondan sonra həyatım dəyişdi, hamı küçədə məni tanımağa başladı. Aygün xanımla bir-birimizə sevgi dolu gözlərlə baxdığımız səhnəni çəkə bilmirdik. Daim gülürdük. Bu səhnə 50 dubla çəkildi. Aygün xanım dönüb gülürdü, rejissor isə deyirdi "yox". 

Həmin klipdən sonra anladım ki, Aygün Kazımova necə ulduzdur. Çünki küçədə uzun müddət gəzə bilmirdim. Hətta Moskva, Dubay və Nyu-Yorkda da hara gedirdim, deyirdilər "klipdəki oğlandır?". 

13:37 - 31 May 2024

Xəbər lenti