Səidə Sultan efirdə bəzi verlişləri sərt tənqid edib.
Titul.az xəbər verir ki, "Günaylı gün" verilişinin qonağı olan müğənni bildirib ki, ona ünvanlanan suallardan bezib.
Səidə səbəbini belə izah edib:
"Azərbaycanda yaşayırsan, hamı deyir, niyə ərə getmirsən? Efirə çıxırsan, ancaq ərdən danışırlar. 40 yaşıma çatmışam, ərdən danışırlar. Düşünürdüm ki, nə edim, ər mövzusu olmasın. Bezdim, həyatda özümə yol seçmədim ki, mütləq kiməsə görə ərə gedim, camaata nəsə sübut edim. Həyat belə oldu. Qismət oldu, dedi, Səidə toyunu et. İndi də dəbə düşüb ki, uşaq olmur? Kişidir, sual verir ki, uşaq olmur? Deyirəm, get, işinlə məşğul ol".
13:06 - 31 May 2024