Gürcü futbolşu PSJ-yə transfer olur

 Gürcü futbolşu PSJ-yə transfer olur

"Napoli"nin gürcü vingeri Xviça Kvaratsxeliya klubunu dəyişmək niyyətindədir.

Titul.az xəbər verir ki, "Corriere dello Sport"un yaydığı məlumata görə, 22 yaşlı yarımmüdafiəçi karyerasını PSJ-də davam etdirmək istəyir. 

Kvaratsxeliyanın artıq Fransa klubu ilə ilkin razılığa da gəldiyi deyilir. Hazırda yalnız PSJ-nin "Napoli" ilə transfer məsələlərini həll etməyi qalır.

Qeyd olunur ki, PSJ bu transfer üçün "Napoli" klubuna təxminən 100 milyon avrodan çox təzminat ödəyəcək.

Qeyd edək ki, bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 45 matçda iştirak edib, 11 qol vurub və 9 qolun ötürməsini edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 

08:03 - 31 May 2024

Xəbər lenti