25 yaşlı reper çayda boğuldu - FOTO

 25 yaşlı reper çayda boğuldu - FOTO

Məşhur reper Ayaan Nikiforov (İan Hopeless) faciəvi şəkildə ölüb.

Titul.az xəbər verir ki, Yakutiyadan olan reper Klyazma çayında çimərkən boğulub.

Sənətçinin dostlarının sözlərinə görə, 25 yaşlı ifaçı sevgilisi ilə mayda çimərkən hər ikisi boğulmağa başlayıb.

Köməyə gələn insanlar yalnız qızı xilas edə biliblər. Ayaan Nikiforovun həyatını xilas etmək isə mümkün olmayıb.

00:04 - 31 May 2024

Xəbər lenti