“Rus dünyası”nın ideoloqu, filosof Aleksandr Duginin müqayisəsi marağa səbəb olub.
Titul.az xəbər verir ki, Dugin gürcü oliqarx Bidzina İvanişvilini Rusiya Prezidenti Putin, Çin lideri Szinpin, Macarıstan Baş naziri Orban və Slovakiyanın Baş naziri Fitso ilə eyni səviyyəyə qoyub.
“Onların hamısı postmodern düşərgəyə qarşı döyüşürlər. Dünyada öz aralarında vuruşan yalnız iki qüvvə var - Ənənə və Postmodernlik. Ənənə düşərgəsi suverenliyi və şəxsiyyəti tanıyan bütün sivilizasiyaları, mədəniyyətləri ehtiva edir, Postmodern düşərgə isə şəxsiyyəti, ənənəvi dəyərləri, mədəniyyəti və suverenliyi inkar edən kollektiv Qərb və onun kuklalarıdır”, - deyə o bildirib.
15:29 - 30 May 2024