Tavuş yeparxiyasının rəhbəri keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi revanşist hərəkat Ermənistan hökumətinin binası qarşısında piket keçirmək cəhdləri İrəvan polisi tərəfindən demək olar ki, dağıdılıb..
Titul.az xəbər verir ki, piketdə çıxışı zamanı keşiş Nikol Paşinyan ilə mümkün görüşdən danışmağa fürsət tapıb.
Baqrata Baş nazir Nikol Paşinyanın "Mənimlə görüş üçün xüsusi prosedurlar var. Vətəndaşların qəbul günlərində müraciət edə bilər" , - dediyini xatırladan jurnalistlərə keşiş cavabında bildirib ki, “Mən onu həbsxanada ziyarət edəcəm”.
Qeyd edək ki, Paşinyan Baqratı yalnız ölkə vətəndaşı kimi qəbul edə biləcəyini, başqa bir statusda görüşməyəcəyini vurğulayıb.
Xatırladaq ki, Ermənistanda bir müddətdir Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Qazaxın işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışıdılar.
Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edən aksiyalara başçılıq edir.
Qeyd edək ki, artıq keşiş öz dini fəaliyyətini dondurmaq və siyasətə qatılmaq üçün ermənilərin katalikosu II Qaregindən icazə alıb.
12:29 - 30 May 2024