Rusiyalı məşhur aktrisa Anastasiya Zavorotnyuk uzun sürən xəstəlikdən sonra vəfat edib.
Titul.az xəbər verir ki, aparıcı kimi də tanınmış Anastasiya 53 yaşında beyin xərçəngdən dünyasını dəyişib.
Xatırladaq ki, o, "Mənim gözəl dayəm" serialındakı rolu ilə məşhurlaşıb. Aktrisa eyni zamanda “Buz üzərində rəqs”, “Ulduzlarla rəqs”, “Evlilik oyunları” kimi ekran işlərində rol alıb.
10:11 - 30 May 2024